AZ

Nigerdə ruslar girov götürülüblər -“Le Figaro“

"İslama və Müsəlmanlara Dəstək Qrupu" (GSIM) Nigerdə ​​iki rusiyalını girov götürdüyünü bildirib". Bu barədə “Le Figaro” yazıb.

Qeyd edilib ki, "Əl-Qaidə" cihadçıları ilə əlaqəsi olan "İslama və Müsəlmanlara Dəstək Qrupu" (GSIM) cümə günü Nigerin cənub-qərbindəki Mbanqada oğurlandığı iddia edən və iki rus girovu kimi təqdim edilən qısa video yayıblar.

Hər iki girovun kadrlarda özlərini “Rusiya şirkətinin işçiləri” kimi təqdim etdiyi bildirilir. Onların hansı tarixdə oğurlanması açıqlanmayıb.

Qeyd edək ki, son zamanlar bəzi Afrika ölkələrində ruslara, xüsusən də vaqnerçilərə qarşı aqressiya və əməliyyatlar artıb. Mart ayında isə Burkina-Faso ordusunun GSIM lideri Həsən İdris Bolini Bukle dyu Muxunda öldürməsi barədə məlumat yayılmışdı. Ölkənin Nazirlər Kabineti onu təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı bir sıra hücumlarda ittiham edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
news365.az

1Mənbələr