AZ

Azərbaycan klublarının əsas “silahı” – Masazırda bu ilk dəfə oldu

UEFA Konfrans Liqasında İsrail “Makkabi”sini (Hayfa) mübarizədən kənarlaşdıran “Sabah” özünə aid daha bir rekordu reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar”ın ilk dəfə avrokuboklardakı ev matçında azarkeş rekordu qeydə alınıb. Belə ki, Masazır təmsilçisinin Hayfa klubu ilə matçını 8000 azarkeş “Bank Respublika Arena”dan canlı izləyib.

Ötən mövsüm Konfrans Liqasının təsnifat mərhələsindəki nə “Riqa” (Latviya), nə də “Partizan”la (Serbiya) ev oyunlarında tamaşaçı sayı bu qədər çox olmamışdı. 

Qeyd edək ki, “Sabah” KL-in III təsnifat mərhələsində İrlandiyanın “Sent-Patriks Atletik” klubu ilə qarşılaşacaq. İlk matç avqustun 8-də səfərdə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başalayacaq. Komandalar arasında avqustun 15-də “Bank Respublika Arena”da oynanılacaq matç isə saat 20:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
idmanxeber.az

1Mənbələr