AZ

Bakıdakı Avropa çempionatının posteri təqdim olunub

Azərbaycan Gimnastika Federasiyası oktyabrın 16-19-da Bakıda keçiriləcək “Team Gym” çempionatının posterini təqdim edib.

İdman.biz xəbər verir ki, Avropa çempionatında 14 ölkədən gimnastlar iştirak edəcək.

Bunlar Azərbaycan, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç yığmalarıdır. İlkin məlumatlara görə, Bakıya 498 idmançı gələcək. Onların arasında 268 böyük, 230 yeniyetmə gimnast var.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç aparatda çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və kiçik batut.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
idman.biz

4Mənbələr