AZ

Almaniya viza ilə bağlı etirazları dayandırdı

AB ölkələrinin türklərə tətbiq etdiyi viza məhdudiyyətindən sonra Almaniya mübahisəli bir addım atıb. 

Demokrat.az xəbər verir ki, Almaniya vizası rədd edilənlərin 2025-ci il iyunun 30-na kimi müraciət hüququnun dayandırıldığını açıqlayıb. 

Beləki, Almaniyada türklərin viza müraciətlərinə rədd cavabı nisbəti yüzdə 26,5-ə çatıb. Üstəlik, bu rəqəmə viza prosedurları tamamlanmayanlar daxil deyil.

Almaniya vizası rədd edilənlərin etirazlarına cavab verməyəcəyini açıqlamışdı. 

Almaniyanın xarici nümayəndəlikləri etirazlarla bağlı hüquqi yolun açıq olduğunu elan etsə də, məhkəməyə müraciət etmək çox çətin bir yol olaraq görülür.

Əfsanə Rəcəb
Demokrat.az 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
demokrat.az

1Mənbələr