AZ

“Turan Tovuz”un legioneri: “Neftçi”nin nə qədər yaxşı komanda olduğunu bilirik”

Bu gün “Turan Tovuz” Premyer Liqanın 2024/2025 mövsümündə ilk oyununa çıxacaq. Matc.az xəbər verir ki, I turda Tovuz klubunun rəqibi “Neftçi” olacaq. Oyundan öncə qonaq komandanın müdafiəçisi Roderik Miller açıqlama verib. Panamalı futbolçu “Neftçi” ilə qarşılaşmada uğurlu çıxış etmək istədiklərini bildirib: “Yaxşı hazırlıq keçmişik. Çox vacib oyun olacaq. “Neftçi”nin nə qədər yaxşı komanda olduğunu bilirik. Amma ilk turda qalib gəlsək, “Turan Tovuz” üçün mövsümün başlanğıcı yaxşı alınardı. Biz çox yaxşı hazırlaşmışıq və ötən mövsümdə buraxdığımız bir çox səhvləri düzəldə bilmişik. Düşünürəm ki, bu vacib məqamdır. Daha az səhv, daha yaxşı nəticələr deməkdir”. Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçına saat 18:30-da start veriləcək. (Sportal.az)  

Seçilən
36
1
matc.az

2Mənbələr