AZ

Mahir Emreli Asiya təmsilçisindən sərfəli təklif aldı - Avropada qalacaq?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Dinamo”dan ayrıldığı rəsmiləşsə də, onun karyerasına hansı klubda davam edəcəyi hələ ki, dəqiqləşməyib.

Sportal.az saytına verilən məlumata görə, hazırda millimizin üzvü üçün üç real variant var. “Nürnberq”lə danışıq aparan Emrelinin Almaniya klubuna keçməsi üçün xırda detallar qalıb. İkinci Bundesliqa klubuna transfer baş tutmasa, Emreli İran və ya Yaponiyaya yollanmaq haqda düşünəcək.

“Traktor”dan rəsmi təklif alan Mahirə növbəti dəvət Yaponiyanın “Urava Red Daymonds” klubundan gəlib. Yaponiyanın tanınmış klubu Emreliyə ən yüksək maaş təklif edən klubdur.

Lakin futbolçu Avropada qalmaq niyyətindədir. Bundan ötrü isə o, daha az məbləğ təklif edən “Nürnberq”ə keçməkdə israrlıdır. Yaxın günlərdə Emreli üç klubdan biri arasında seçimini dəqiqləşdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
sportal.az

1Mənbələr