"Barselona"nın qapıçısı Mark Andre ter Ştegen La Liqanın yeni mövsümü öncəsi komandanın hədəflərindən danışıb.

Offsideplus.az xəbər verir ki, o, titullar uğrunda mübarizə aparacaqlarını qeyd edib:

“İnanıram ki, komanda titullar uğrunda mübarizə aparmağa hazırdır. Bizdə böyük həvəs rəqabətə dözümlü heyətimiz var. Komanda yoldaşlarımın fiziki hazırlığı yaxşıdır. Məşqçimiz öz fəlsəfəsini bizə aşılamağa çalışır".

Xatırladaq ki, "Barselona" mövsümün ilk oyununda, avqustun 17-də "Valensiya" ilə qarşılaşacaq.