AZ

QALMAQAL! Klubun iki əməkdaşı dalaşdı, biri döyüldü

Dünən Premyer Liqada yeni mövsümə start verildi. İlk oyun günündə «Araz-Naxçıvan»la «Qarabağ» üz-üzə gəldi. Mərdəkanda keçirilən qarşılaşma ikincilərin 4:1 hesablı qələbəsi ilə başa çatdı.
Matçdan sonra stadionda insident yaşanıb. Muxtar Respublika təmsilçisinin 2 əməkdaşının mübahisəsi dava-dalaşla nəticələnib. Olay klubun mühafizə xidmətinin əməkdaşı ilə Orxan adlı tərcüməçi arasında baş verib. Qalmaqalın əsl səbəbini hələ dəqiqləşdirə bilməsək də, öyrəndiyimizə görə, tərcüməçi gözünün altında zərbə alıb və ona təcili tibbi yardım göstərilib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sportinfo.az

1Mənbələr