AZ

Türkiyə prezidentinə qarşı açıq-aşkar ölüm təhdidi



İsrailin xarici işlər naziri Yisrael Katzın “Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hədələyir. İstəyirik ki, o, orada baş verənləri və bunun necə bitdiyini xatırlasın" bəyanatı Türkiyə prezidentinə qarşı açıq-aşkar ölüm təhdidir və İsrail tərəfi bununla bağlı mütləq şəkildə cavab verməlidir.

Cənab Ərdoğanın "Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik" bəyanatını İsrailə qaşı hücum kimi təqdim etməyə cəhd göstərən İsrailli nazirin bu cür bəyanatla çıxış etməsi və bunun ardınca da NATO ölkələrinə müraciət edərək Türkiyənin hərbi alyansdan çıxarılmalı lazım olduğuna dair mövqe qoyması yumşaq desək tərbiyəsizlikdən başqa bir şey deyil.

Görünür İsrail Xarici İşlər Naziri Türkiyənin Fələstini silah-sursatla təmin edə biləcəyinin və ya Fələstin tərəfinin xahişi ilə bu ölkəyə qoşun yerləşdirə biləcəyindən narahatdır. Amma bu narahatlıq heç kimə Türkiyə kimi bir ölkənin liderini ölümlə hədələmək haqqı vermir.

Cənab Ərdoğanın bəyanatından dərs çıxarıb, dinc, günahsız insanlara qarşı hərbi cinayətləri dayandırmaq əvəzinə, bu cür absurd fikirlər səsləndirən Katz deyəsən Türkiyəni İranla və ya Həmas, Hizbulla kimi təşkilatlarla səhv salır.
Onu da deyim ki, Katz cənab Ərdoğanın mövqeyindən, bir dövlər olaraq Türkiyənin və ümumilikdə Türk insanının ədaləti müdafiə etməsindən, məzalumun yanında olmasından narahat olan yeganə siyasətçi deyil. Məsələn, Niderlandlı irqçi siyasətçi olan Geert Vilders də öz bəyanatları ilə Yisrael Katzdan geri qalmır. Türkiyə Prezidentini türk xalqının düşməni, Türkləri isə xəstə adlandıran Vilders cənab Ərdoğanı İsrailə kor-koranə nifrət bəsləməkdə ittiham edir. Görünür bunlar üçün Qəzzada qətl edilən minlərlə uşaq, qadın, yaşlı, dinc insanların ölümü adi hal olduğu üçün Türkiyəni kor-koranə nifrətdə ittiham edirlər.

Həm Yisrael Katz, həm də Vilbers kimiləri bilməlidirlər ki, Türkiyə NATO-nun böyük güclərindən biri olaraq İsrail kimi bir çoxlarını yerində oturda biləcək imkanlara malikdir və eləcə də NATO-nun özünün ən çox ehtiyacı olan ölkədir. Odur ki, Türkiyə və onun lideri haqqında danışmazdan əvvəl yüz dəfə düşünüb sonra danışmaq lazımdır.

Yusif Bağırzadə, politoloq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
newscenter.az

1Mənbələr