AZ

"Ermənistan ABŞ və Britaniya ilə sıx hərbi əməkdaşlıq formatı yaratmağa çalışır" — Hərbi ekspert

Ermənistan ehtiyatda olan hərbi vəzifəliləri növbəti toplanışa çağırıb. “Sputnik-Armenia”nın məlumatına görə, burda əsas məqsəd onların döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Toplanış 15 sentyabrdan 15 dekabra qədər, yəni 3 ay davam edəcək. 

Bəs, İrəvanın bəzi xarici havadarlarının hesabına sürətlə silahlandığını, ABŞ və Fransa ilə ortaq təlimlər keçirdiyini və hətta Pentaqon nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində oturması barədə anlaşmanın olduğunu nəzərə alsaq, belə uzun müddətli keçirilən hərbi toplanışlar yeni işğalçı müharibəyə hazırlıqda xəbər verir? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son zamanlar Ermənistan Silahlı Qüvvələrinin həm sərhəd atəşkəsini intensiv şəkildə pozması, həm Azərbaycan mövqelərinin üzərində PUA uçuşlarına cəhd göstərməsi, işğalçı ölkənin növbəti təxribat hazırlıqlarından xəbər verir: 

“Baş verən proseslər də hardasa bir-birini tamamlayır. Çünki Ermənistan həm hücum silahları əldə edir, həm də ABŞ və Britaniya ilə sıx hərbi əməkdaşlıq formatı yaratmağa çalışır. Digər tərəfdən, ABŞ ilə birgə təlimlər keçirilir, Fransa ilə davamlı olaraq məsləhətləşmələrin də şahidi  oluruq. Bu vəziyyət kifayət qədər uzun müddət davam edəcək. 3 aylıq hərbi təlimlərin keçirilməsi Ermənistanın növbəti eskalasiya hazırlığında olduğunu deməyə əsas verir. 

Hal-hazırda təhlükəsizlik konsepsiyası tamamilə bərbad bir vəziyyətə düşdüyü üçün hər bir ölkə o cümlədən, İran, Hindistan, Fransa, ABŞ, İngiltərə Ermənistan ərazisində özünə bir plazdarm yaratmaq məqsədi güdür və bu  plazdarmla da qonşu ölkələrə təsir və təzyiq mexanizmləri yaradılacığı şüphə doğurmur. Ermənistandakı kimi Azərbaycanda da hərbi toplanışlar keçirilir, lakin biz onların müddətini Ermənistandakı qədər 3 aylıq deyil, daha dəfələrlə az müddətdə həyata keçiririk. Müharibələrdə silahlar, texnikalar təbii ki, rol oynuyur amma bu silahları idarə edən insandır yəni, eyni silahı müxtəlif adamlar fərqli formatda istifadə edə bilər. Texnika vacibdir, amma  bu texnikadan istifadə edəcək insanın peşəkarlıq səviyyəsi daha vacibdir.

Zəhra Məmmədova
Demokrat.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
demokrat.az

1Mənbələr