AZ

“Bu, müasir AES deyil, bu, daha çox partlamağa hazır olan nüvə bombasıdır”

Türkiyənin “Akit” nəşrində Ermənistandakı Metsamor AES-i və onun kəsb etdiyi regional təhlükə ilə bağlı məqalə nəşr olunub. Məqalədə Metsamorun fəaliyyətinin 10 il uzadılması planı tənqid olunub, Türkiyənin bu stansiyaya yaxın əyalətlərində xərçəng xəstələrinin sayının sürətlə artdığı vurğulanıb.

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Metsamorun bütün region üçün ciddi təhlükə kəsb etdiyini qeyd edib:

 

“Köhnə texnologiya ilə təchiz olunan və 1976-cı ildə inşa edilən Metsamor, AES-dən daha çox hər an partlamağa hazır olan nüvə bombasını xatırladır. Hansı ki, bu “bomda” hər an partlaya, Cənubi Qafqazdan Avropaya qədər böyük bir ərazini zəhərləyə bilər. Buna görə də Metsamor AES-nin fəaliyyəti təcili şəkildə dayandırılmalıdır.

 

Xatırladım ki, Metsamorun fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr ötən illərdə də həyata keçirilib. Hətta Avropada əlaqədar qurumlar bunun üçün Ermənistan ciddi vəsaitlər də ödəyib. Lakin Ermənistan Metsamorun fəaliyyətini dayandırmayıb və stansiya bu gün də fəaliyyətini davam etdirməkdədir.

 

Hesab edirəm ki, bu stansiyanın fəaliyyətini dayandırmaq üçün bütün region dövlətləri ciddi həmrəyli sərgiləməli, əlaqədar beynəlxalq təşkilatlarla birlikdə bu məsələdə rəsmi İrəvana təzyiq göstərməlidir. Əks təqdirdə, region üçün ölümcül risklər qarşıdakı illərdə də davam edəcək”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
moderator.az

1Mənbələr