AZ

"Bavariya" "Tottenhem"ə qalib gəldi

Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

Spornet.az xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

Qeyd edək ki, bu komandalar 1 həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
6
sportnet.az

7Mənbələr