AZ

"Tottenhem"in yeni hədəfi

 "Bornmut"un hücumçusu Dominik Solanke karyerasını "Tottenhem"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, London klubu artıq ingilis futbolçu üçün danışıqlara da başlayıb. "Albalılar" isə Solankeni buraxmaq istəmirlər. "Tottenhem" 26 yaşlı futbolçunun müqaviləsində olan 76 milyon avronu ödəmək istəmir.

Ötən mövsüm Dominik Solanke Premyer Liqada 38 oyun keçirib, 19 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə verib. Hücumçu sentyabrda 27 yaşını qeyd edəcək. Əlavə edək ki, növbəti İngiltərə çempionatına az qalıb - ilk oyun avqustun 16-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
90deqiqe.az

1Mənbələr