AZ

Paris-2024: Azərbaycan basketbol millisi Kanadaya uduzdu

style='margin-bottom:10px;'>

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.

QOL.az xəbər verir ki, yığma 7-ci turda Kanada ilə üz-üzə gəlib və 19:21 hesabı ilə uduzub.

Milli pley-offa yüksəlmək üçün 5-ci pillədəki ABŞ-ın 7-ci yerdəki Çini məğlub etməsini gözləməli olacaq.

Qeyd edək ki, basketbol millimiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ-a 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr