AZ

Paris-2024: Amerikalı gimnastdan 3-cü qızıl

Amerikalı gimnast Simona Baylz 7-ci dəfə Olimpiya çempionu olub.

İdman.biz xəbər verir ki, o, Paris-2024-də 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Baylz dayaqlı tullanmada 15,300 xal toplayaraq 1-ci pilləni tutub. Simona Rebeka Andrade (Braziliya) və həmyerlisi Ceyd Kerini arxada qoyub. Bundan əvvəli 27 yaşlı gimnast Parisdə komanda yarışlarında və fərdi çoxnüvçülükdə qızıl medal qazanıb.

Qeyd edək ki, Baylz karyerası ərzində olimpiadalarda 10, dünya çempionatlarında isə 30 medala yiyələnib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
idman.biz

2Mənbələr