AZ

Paris-2024: Aleksandra Mollenhauer: "Qələbə qazanmaq şansımız var idi"

"Biz Kanada ilə bərabər səviyyədə oynadıq".

İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycan yığmasının üzvü Aleksandra Mollenhauer deyib.

Təcrübəli idmançı Paris-2024 Olimpiadasında qrup mərhələsində Kanada ilə keçirilən son oyunu şərh edib. Mollenhaur digər matçların nəticələrini izləyəcəklərini bildirib: "Oyunda bütün gücümüzü ortaya qoyduq. Oyunumuzda bəzi vəziyyətlər var ki, onları daha yaxşılaşdırmalıyıq. Qələbə qazanmaq şansımız var idi. Hələlik pley-in şanslarımız var. Bütün komanda ilə arenada qalıb, qrupda baş verəcək prosesləri izləyəcəyik".

Qeyd eədk ki, millimiz Kanadaya 19:21 hesabı il uduzub. Digər oyunlarda Fransa və Çin məğlub olacağı təqdirdə yığmamız pely-inə vəsiqə qazanacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
idman.biz

1Mənbələr