AZ

Harris Trampın debat təklifini RƏDD EDİB

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris sentyabrın 4-də “Fox News” telekanalında debat üçün Respublikaçı prezidentliyə digər namizəd Donald Trampın təklifini rədd edib.Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.“Maraqlıdır ki, istənilən vaxt, istənilən yer necə bir konkret vaxta, konkret təhlükəsiz yerə çevrilir”, – deyə siyasətçi qeyd edib.O, Trampın daha əvvəl razılaşdığı ABC telekanalında sentyabrın 10-da keçiriləcək debatda iştirak edəcəyini vurğulayaraq, rəqibini orada görəcəyinə ümid etdiyini bildirib.Xatırladaq ki, bundan əvvəl keçmiş Amerika lideri Tramp sentyabrın 4-də Pensilvaniyada rəqibi ilə debat keçirmək üçün “Fox News” ilə razılaşdığını açıqlamışdı. İyulun 22-də Tramp ABC telekanalında sentyabrın 10-da keçiriləcək debatda iştiraka razılığını geri götürüb. Onun fikrincə, tədbirin “Fox News”da keçirilməsi daha yaxşı olar.YeganəMənbə: TASS.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
elchi.az

10Mənbələr