AZ

Premyer Liqa: “Sumqayıt” mövsümə qələbə ilə başlayıb

Premyer
Bakı, 3 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sumqayıt” “Kəpəz”i (Gəncə) qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Səbuhi Abdullazadə və Rəhim Sadıxov vurublar.
Günün ilk oyununda “Neftçi” və “Turan Tovuz” komandaları qolsuz heç-heçə edib.
Ötən gün mövsümün açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
azertag.az

10Mənbələr