AZ

Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI

Amerikalı milyarder Uorren Baffettin "Berkshire Hathaway" şirkəti ikinci rübün nəticələrinə dair hesabatında "Apple" səhmlərinin demək olar ki, yarısını satdığını açıqlayıb.

 oxu24.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, qalan pay təxminən 400 milyon səhmdir və 84,2 milyard dollar dəyərində qiymətləndirilir.

Qiymətli kağızların satışı holdinqə 75,5 milyard dollar qazandırıb, şirkət isə ardıcıl yeddinci rüb üçün aldığından daha çox səhm satıb.

"Berkshire"in gəlirinin əhəmiyyətli bir hissəsi "Apple"dan başqa beş şirkətdən gəlir: "Bank of America", həmçinin "Coca-Cola", "American Express" və "Chevron".

Şirkət fevral ayında "Apple" paketinin azaldılmasını elan edib. 2018-ci ildən bəri "Apple" səhmləri 367% artıb, halbuki son zamanlar onların dəyərinin artım tempi digər texnologiya korporasiyalarından geri qalmağa başlayıb.

Hazırda "iPhone" istehsalçısının səhmləri "Berkshire Hathaway" portfelinin təxminən beşdə birini təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
oxu24.com

1Mənbələr