AZ

Ukraynalılar Belqorod vilayətinin 3 kəndinə hücum edib...

...Belqorod vilayətində 3 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumuna məruz qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov bildirib.

Beryozovka kəndində pilotsuz uçuş aparatları qarajın damını deşərək beşmənzilli binanın şüşələrinə və fasadına ziyan vurub.

Petrovka kəndində pilotsuz təyyarə avtomobilə, Murom kəndində isə hava hücumundan sonra fərdi yaşayış evinin şüşələri sınmış, dam örtüyü zədələnib.

Qubernator onu da bildirib ki, Şebekinonun dəfələrlə atəşə tutulmasından sonra iki sakin, Berezovka kəndində isə bir qadın yaralanıb.

Əli Babayev

Seçilən
59
21
sia.az

10Mənbələr