AZ

“Şokda idim və qələbəmə ürəkdən sevinə bilmədim” - Hidayət Heydərov

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan Hidayət Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, Olimpiadada qazandığı uğurdan danışıb: “Qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Çempion olanda şokda idim və ona görə ürəkdən sevinə bilmədim. İlk olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məni təbrik etdi. Federasiyaya da təşəkkür edirəm ki, mənə hər cür şərait yaratdı.

Olimpiya çempionluğu əvəzedilməz hissdir. Elnur Məmmədli də yanımda oldu, Avropa, dünya və Olimpiya çempionu olmağıma şahidlik etdi. Hədəfim növbəti Olimpiadada yaxşı çıxış etməkdi.Qısa fasilədən sonra yarışlara qayıdacam. İkinci dəfə Olimpiya çempionu olmaq istəyirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
qafqazinfo.az

1Mənbələr