AZ

"Ölsəm, bağışla"nın ulduzundan - Qeyri-adi fotolar

Yuğ Dövlət Teatrının aktrisası, əməkdar artist, aparıcı səhnə ustası Gülzar Qurbanova maraqlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə süni intellektlə yaradılan fotolarını paylaşaraq bunları yazıb:

"Milli kinomuzda qadın daha çox ikinci planda, yalnız bir neçə filmdə qadınlar əsas personajdır, həmişə qəhrəmanlar kişilər olub.

Kino da qadın qəhrəmanları kimi arxa plana keçdiyinə, daha doğrusu bu gün kinomuzun əl-qolu bağlı olduğundan süni intellekt düşərgəsinə üz tutdum.

Kino günü münasibətilə məni xeyli cavanlışdıraraq başıma şlyapalar qoyub, makyajımı parıldadıb, saçlarımı səliqəyə salıb təsəlli verdi...Gözəl geyimləri ilə özümü müxtəlif dövrlərdə, obrazlarda görüb əyləndim və bu mənim xoşuma gəldi. Bir sözlə, havalandırdı...

Deyirəm, kaş süni intellekt tərəfindən yaradılan şəkillər tez bir zamanda kinoda həqiqətə çevrilsin. Siz nə deyirsiz?"


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
teleqraf.com

1Mənbələr