AZ

Rus ordusunun 2024 üçün 4 əsas vəzifəsi - Kovalenko

Rusiya qüvvələri Ukraynanın şərqində təzyiqlərini davam etdirir. Bu ilin sonuna qədər düşmən Toretsk aqlomerasiyasını ələ keçirməyə çalışır.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

O bildirib ki, Donetsk vilayətinin Pokrovski şəhəri də rusların döyüş tapşırıqlarına daxildir:

"Rusların 2024-cü ildə tamamlamağı planlaşdırdıqları Pokrovski istiqamətində dörd əsas vəzifəsi var: Toretsk aqlomerasiyası və Toretsk şəhəri - bu, Volçya çayının sol sahilinə və Karlovskoye su anbarına tam çıxışdır; 0511 marşrutunun cənub cinahı və Pokrovski istiqamətində irəliləyiş - bu isə Pokrovski Konstantinovka ilə birləşdirən 0504 saylı magistral yolu kəsir".

Ekspert qeyd edib ki, cəbhənin həmin hissəsində düşmən qoşunları bütün gücü ilə hərəkət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
axar.az

10Mənbələr