AZ

"Bayquşlar" "şirlər"ə qarşı

Bu gün Premyer Liqanın I turuna yekun vurulacaq. Sport24.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
 
"Sabah" Masazırda "Şamaxı"nı qəbul edəcək. Həftəiçi Konfrans Liqasında ağır oyun keçirən "bayquşlar" bir illik fasilədən sonra elitaya dönən "şirlər"in müqavilmətini qırmağa çalışacaq. Yeri gəlmişkən onu da vurğulayaq ki, bu görüş qonaqların baş məşqçisi Ayxan Abbasovun "Şamaxı"nın "sükanı arxasında" ilk rəsmi oyun kimi tarixə düşəcək.
 
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanın start fiti 17:30-da səslənəcək.
 
Azərbaycan Premyer Liqası
İ dövrə, I tur
17:30. "Sabah" – "Şamaxı"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid HacıyevVAR: Tural QurbanovAVAR: Elşad AbdullayevHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Seymur SəlimliMasazır. "Bank Respublika Arena".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
sport24.az

1Mənbələr