AZ

“Yeni mövsümdə “Bayern” yenidən hesablaşılacaq bir güc olacaq”

“Bayern”in idman direktoru Yan-Kristian Drizen klubun qarşıdakı mövsümdə əvvəlki səviyyəsinə qayıda biləcəyinə əmin olduğunu bildirib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz hazırlıq mərhələsinin ortasındayıq və əlbəttə, məşqçi ilə birlikdə hələ də heyəti planlaşdırırıq. Bir məqam aydındır: keçən ilki durum bizim razı qala biləcəyimiz bir vəziyyət deyildi. Bəzən özümüz haqqında düşünmək və güc toplamaq üçün müvafiq vəziyyətlərə ehtiyac duyulur və biz hazırda bunu edirik. Həm də düşünürəm ki, yeni mövsümdə yenə də bizimlə hesablaşmalı olacaqlar – hər cəhətdən”, deyə Dizen vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm “Bayern” heç də özünə bənzəməyib. Almaniya nəhəngi çıxış etdiyi bütün yarışlarda uğursuzluğa düçar olaraq, son 11 ildə ilk dəfə qənimətsiz qalıb.

Klub rəhbərliyi bu fəsadı çözməyə baş vurub və ilk növbədə komandanın sükanı arxasından alman mütəxəssis Tomas Tuxeli kənarlaşdırıb. “Bayern” baş məşqçi vəzifəsinə belçikalı mütəxəssis Vensan Kompani gətirib və klub əl-ələ verərək, iddialı komanda qurmağa girişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr