AZ

Niderlandlı futbolçu nəhəng klubları yox, "Vest Hem"i seçdi - Bu qiymətə

Çempionşipin ən yaxşı oyunçusunu Krisensio Sammervil "Lids"i "Vest Hem"ə dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə "çəkicdöyənlər"in mətbuat xidməti məlumat yayıb. 

Niderlandlı vinger ilə 2029-cu ilə qədər müddətə müqavilə imzalanıb. "Transfermarkt" transferin dəyərinin 30 milyon avro olduğunu bildirib. 

Summervill İngiltərə Çempionşipinin son mövsümünün ən yaxşı oyunçusu seçilib. 22 yaşlı futbolçu "Lids"in heyətində 43 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçuya "Liverpul", "Çelsi", PSJ və "Milan" kimi Avropa futbolunun nəhəngləri maraq göstərirdi.

Mirağa 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
fanat.az

1Mənbələr