AZ

“Milan”ın müdafiəçisi 8 aylıq sıradan çıxdı

“Milan”ın müdafiəçisi Alessandro Florenzi ABŞ-da mövsümöncəsi yoldaşlıq görüşü zamanı ciddi zədə alıb. Matc.az xəbər verir ki, Florenzi İtaliyaya qayıtdıqdan sonra artroskopik əməliyyat keçirib. Onun səkkiz aya qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Qeyd edək ki, “Roma” akademiyasının yetirməsi olan 33 yaşlı italiyalı futbolçu 2021-ci ildə “Milan”a keçməzdən əvvəl “Krotone”, “Valensiya” və PSJ-də icarə əsasında çıxış edib. A Seriyasında karyerası ərzində o, sağ cinah müdafiəçisi, sol cinah müdafiəçisi və yarımmüdafiəçi kimi müxtəlif mövqelərdə oynayaraq 288 matça çıxıb, 28 qol vurub və 33 məhsuldar ötürmə verib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
matc.az

1Mənbələr