AZ

Kobeyə aid paltar dolabı böyük məbləğə satıldı

Beşqat MBA çempionu Kobe Brayantin “Los Anceles Leykers” komandasının soyunub-geyinmə otağındakı paltar dolabı 2,9 milyon dollara satılıb. Bu barədə ESPN məlumat verib.

Brayant ondan 2003-cü ildən 2016-cı ilə qədər istifadə edib. Məlumata görə bu, indiyədək hərracda satılan ən bahalı idman şkafıdır.

Xatırladaq ki, Brayant 2020-ci ildə 41 yaşında Kaliforniya ştatının Kalabasas şəhərində şəxsi helikopterində düşdüyü qəza nəticəsində həlak olub. Helikopterdə onunla birlikdə 6 nəfər, o cümlədən qızı da var idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
futbolinfo.az

1Mənbələr