AZ

Coy-Lens Mikels: “Bürünc və gümüş üçün yox, çempionluq uğrunda mübarizə aparacağıq”

"Azarkeşlərin zövq alacağı, unuda bilməyəcəyi oyun oldu. Amma bizim üçün qarşılaşma ağır və çətin keçdi.  "Makkabi" tarixi və ənənəsi olan klubdu. Heyətlərində də güclü oyunçular var. Cavab qarşılamasında meydana xüsusi motivasiya, aqressiya ilə çıxmışdılar. Oyunun əvvəli istədiyimiz kimi alınmadı. Rəqib boşluq vermirdi. Buna rəğmən, lazım olan qollar vurduq. Amma təəssüf ki, rəqibin 6-cı qoluna mane ola bilmədik. Sonda penaltilər seriyasıyla mərhələni keçən tərəf biz olsaq da, qələbə bizə olduqca ağır başa gəldi. Ona görə də səhvlərimizi ciddi şəkildə analiz etməliyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.
"Bayquşlar"ın almaniyalı legioneri avrokuboklarla yanaşı, ölkə çempionatına da önəm verdiklərini, çempionluq uğrunda mübarizə aparacaqlarını da vurğulayıb: "Ağır "Makkabi" oyunundan sonra bizi çempionatda "Şamaxı" ilə çətin oyun gözləyir. Mövsümə qələbə ilə başlamağı planlaşdırmışıq. Bu mövsüm üçün hədəfimiz bəllidi. Bürünc və gümüş üçün yox, çempionluq uğrunda mübarizə aparacağıq".
 
Qeyd edək ki, Premyer Liqanın ilk turunda "sabah" buz gün öz meydanında "şamaxı" ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sport24.az

1Mənbələr