AZ

Turşu hazırlayarkən bilməli olduğunuz - Gizlinlər

Soyuq fəsillər üçün turşu hazırlamaq mətbəximizin vazkeçilməz prosedurlarından biridir. Pomidor, xiyar, bibər kimi tərəvəzlərin bol olduğu yay aylarında turşu hazırlamaq zövqlü bir işdir. Lakin turşuların tez xarab olması və ya köhnəlməsi bir çoxlarının şikayət etdiyi problemdir.

Teleqraf.com xəbər verir ki, keyfiyyətli məhsul hazırlamaq üçün əvvəlcə tərəvəzlərin təzə olmasına və çürümədiynə əmin olmaq lazımdır. Çürük maddələr turşularınızın tez xarab olmasına gətirəcək. Tərəvəzləri yaxşıca yuyub təmizlədikdən sonra turşu hazırlamağa başlaya bilərsiniz.

Turşuların saxlanmasında sirkə mühüm rol oynayır. Buna görə də, daha uzun müddət dayanması üçün təbii sirkədən istifadə etmək məsləhətdir. Turşularınızı reseptlərdə göstərilən miqdara riayət etməklə, qaya duzundan da istifadə edə bilərsiniz.

Fərqli bir dad qatmaq istəyirsinizsə, limon və dəfnə yarpağı kimi ətirli maddələr əlavə edə bilərsiniz. Bu maddələr turşularınıza fərqli bir dad verəcək.

Turşularınızı saxlamaq üçün şüşə qablardan istifadə etmək məsləhətdir. Plastik qablar turşuların xarab olmasına səbəb ola bilər. Bankaları möhkəm bağlayın və sərin yerdə saxlayın.

Son olaraq, turşularınıza alma və noxud əlavə edə bilərsiniz ki, daha uzun müddət dayansın. Onların hər ikisi turşularınızda yarana biləcək kif kimi problemlərin qarşısını almaqda mühüm köməkçidir.

Mələksəda Zeynallı


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
teleqraf.com

1Mənbələr