AZ

Urfan Abbasov: “Müdafiədəki səhvlərimizdən 9 dəqiqəyə buraxdığımız 2 qol..."”

"Mövsümün startı ərəfəsində istənilən qədər yoxlama matçı keçirməsək də, ümumilikdə yaxşı toplanış keçmişdik. İstəyirdik ki, yeni "futbol ili"nə yaxşı nəticəylə başlayaq. Təəssüf ki, alınmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Urfan Abbasov deyib.
Muxtar Respublika təmsilçisinin müdafiəçisi yeni mövsümlə bağlı fikirlərini də bölüşüb: "Son ölkə çempionu ilə oyuna ciddi hazırlaşmışdıq. Sadəcə, müdafiədəki səhvlərimizdən 9 dəqiqəyə buraxdığımız 2 qol özümüzə inamı müəyyən qədər azaltdı. Hesabda 2 top geri düşdükdən sonra "Qarabağ" kimi güclü rəqibə qarşı baş-başabaş mübarizə aparıb geridönüş etmək çox çətindi. Amma ümidimizi itirmirik. Bu görüşdəki səhvlərimizdən nəticə çıxarıb irəli baxmalıyıq. Qarşıda hələ 35 matç var".
 
Qeyd edək ki, yeni mövsümün ilk oyununda "Qarabağ"la qarşılaşan "Araz- naxçıvan" 1:4 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sport24.az

1Mənbələr