Paris-2024 Yay Olimpiya Oyunlarının atıcılıq yarışları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan idmançısı Ruslan Lunyov növbəti sınağına çıxıb.
Snayperimiz 25 m məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında mübarizəyə başlayıb. Ruslan təsnifat mərhələsinin birinci raundundakı çıxışını başa vurub. O, 300 mümkün xaldan 289-nu toplayıb. Lunyov bu göstərici ilə 16-cı yerə şərikdir.
Mərhələnin ikinci hissəsi 15:00-da başlayacaq. 10 m məsafədə finala adlaya bilməyən atıcımız həlledici mərhələyə vəsiqə üçün yarışır.
Qeyd edək ki, bu proqram üzrə final sabah baş tutacaq.