AZ

Yalnız “Kəpəz”lə “Şamaxı” ölkəni tərk etmədi - Türkiyə klubları ilə 11 oyun keçirmişik

Misli premyer-liqasında yeni mövsümü start götürdü.

Ölkə klubları təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirdilər. Yalnız “Kəpəz”lə “Şamaxı” Azərbaycanı tərk etmədi.

Son çempionu “Qarabağ” iyunun 18-də Bakıda məşqlərə start verdi. Ağdamlılar iyulun 5-dən 17-nə qədər Avstriyanın Tirol bölgəsində oldu və həmin müddətdə 4 oyun keçirdi.
“Qarabağ” – “Kayzerslautern” (Almaniya)1:3
“Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) 2:1
“Qarabağ” – “Slaven Belupo” (Xorvatiya) 1:0
“Qarabağ” – “Şəbəb Əl-Əhli” (BƏƏ) 5:2

Ötən mövsümün gümüş medalçısı “Zirə”nin yay hazırlığı Türkiyənin Bolu şəhərində baş tutdu. “Qartallar” iyunun 14-dən iyulun 4-nə qədər qardaş ölkədə oldu və bu müddətdə planlaşdırdığı üç oyundan ikisini keçirə bildi.
“Zirə” – “Orenburq” (Rusiya) 1:2
“Zirə” – “Hermanştadt” (Rumıniya) 2:1

“Sabah” yeni mövsümün hazırlığına iyunun 20-də “Bank Respublika Arena”da start verdi. Həmin ayın 24-dən 29-dək Qəbələdə hazırlıq keçən “bayquşlar” növbəti mərhələ üçün iyulun 1-dən 18-dək Slovakiyada qərarlaşdı. Komanda orda 4 yoxlama oyunu keçirdi.
“Sabah” – “Koper” (Sloveniya)1:0
“Sabah” – “Çukariçki” (Serbiya)0:0
“Sabah” – “Krivbass” (Ukrayna)2:2
“Sabah” – “Rux” (Ukrayna)2:1

“Sumqayıt” hazırlığa doğma şəhərdə start verdi. Ardınndan Ankaranın Qızılcahamam bölgəsinə yollanan “kimyaçılar” iyulun 3-dən 17-dək orda məskunlaşdı. Türkiyədə toplanış çərçivəsində üç oyun baş tutdu.
“Sumqayıt” – “Orenburq” (Rusiya)1:2
“Sumqayıt” – “Gənclərbirliyi” (Türkiyə)1:0
“Sumqayıt” – “Adana Dəmirspor” (Türkiyə)2:2

Toplanışa Bakıda başlayan “Neftçi” ikinci mərhələ üçün iyulun 8-dən 26-dək Türkiyənin Ərzurum bölgəsində qərarlaşdı. “Ağ-qaralar” qonşu ölkədə üç oyun keçirdi.
“Neftçi” – “Alanyaspor” (Türkiyə)3:1
“Neftçi” – “Sivasspor” (Türkiyə)2:1
“Neftçi” – “Ərzurumspor” (Türkiyə)0:0

Yeni mövsümə hazırlığa iyulun 1-də start verən “Turan Tovuz” toplanışın ilk mərhələsini Qəbələdə keçirdi. Qəbələdə ölkə klubları ilə iki oyun keçirən tovuzlular Türkiyənin Qızılcahamam bölgəsinə yollandı. İyulun 13-dən 26-dək Ankarada məskunlaşan komanda bu müddətdə plaşdırdığı üç oyundan ikisini keçirdi.
“Turan Tovuz” – “Şəmkir”13:0
“Turan Tovuz” – “Kəpəz”4:0
“Turan Tovuz” – “Pendikspor” (Türkiyə)0:0
“Turan Tovuz” – “Adana Dəmirspor” (Türkiyə)3:3

İyunun 27-də Bakıda toplanan “Səbail” iyulun 3-dək məşqlərini burda keçdi. Toplanışın ikinci mərhələsi üçün Türkiyənin Ərzurum bölgəsinə yollanan “dənizçilər” iyulun 5-dən 18-dək orda məskulaşdı. Bayıl təmsilçisi Türkiyədə olduğu müddətdə 3 yoxlama matçı keçirdi.
“Səbail” – “Ərzurumspor” (Türkiyə)2:3
“Səbail” – “Hatayspor” (Türkiyə)1:1
“Səbail” – “Ərzurumspor” 2:2

Yeni mövsümə hazırlığa iyunun 28-də başlayan “Araz-Naxçıvan” iyulun 8-dək Bakıda oldu. “Qırmızı-qaralar” əvəzediciləriylə sınaq oyunu keçirdi. Daha sonra hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə gedən Muxtar Respublika təmsilçisi iyulun 10-dan 25-dək Ərzurumda qərarlaşdı. Komanda bu müddət ərzində 3 sınaq matçı planlaşdırsa da, ikisi baş tutdu.
“Araz-Naxçıvan” – “Alanyaspor” (Türkiyə)1:1
“Araz-Naxçıvan” – “Əl-Ərəbi” (Küveyt)0:0

Toplanışa iyunun 29-da start verən “Kəpəz” yay hazırlığını Gəncədə keçirdi. “Sarı-göylər”in hazırlıq dönəmi çərçivəsində 3 yoxlama oyunu baş tutdu.
“Kəpəz” – “Şamaxı” 1:2
“Kəpəz” – “Əl-Yarmuk” (Küveyt)2:1
“Kəpəz” – “Pelikan”4:0

Elitaya dönən “Şamaxı” yeni mövsümün hazırlığına iyulun 1-də start vertdi. Elə Şamaxıda təlim-məşq toplanışını davam etdirən bölgə təmsilçisi hazırlıq dönəmində 3 sınaq matçı keçirdi.
“Şamaxı” – “Pelikan”5:0
“Şamaxı” – “Cəbrayıl”4:0
“Şamaxı” – “Əl-Yarmuk” (Küveyt)2:0

Yəqin başqa ölkə klublarıyla keçirilən oyunların ümumi statistikası da sizin üçün maraqlı olar. Elə isə baxaq:
Almaniya1 0 0 1 1-3
Çexiya 1 1 0 1 2-1
Xorvatiya1 1 0 0 1-0
BƏƏ 1 1 0 0 5-2
Rusiya 2 0 0 2 2-4
Rumıniya1 1 0 0 2-1
Sloveniya1 1 0 0 1-0
Ukrayna 2 1 1 0 4-3
Türkiyə 11 3 7 1 17-14
Küveyt 3 2 1 0 4-1
Serbiya 1 0 1 0 0-0

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
football-plus.az

1Mənbələr