AZ

Çəkicatma üzrə təmsilçimiz Olimpiadada finala yüksəlib

Olimpiya Oyunlarının atletika yarışları davam edir. Sport24.az xəbər verir ki, çəkicatmada yeganə təmsilçimiz Anna Skidan bu gün mübarizəyə başlayıb.
 
Təmsilçimiz təsnifat mərhələsində ilk cəhdində 69,58 m, ikinci atışında 69,04 m nəticə göstərib. Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstərici əldə edib. B qrupunda 3-cü olan Anna yekunda 6-cı yeri tutub. Bununla da, o,  finala vəsiqə əldə edib.
 
Qeyd edək ki, bu proqram üzrə qaliblər avqustun 6-da müəyyən olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sport24.az

1Mənbələr