AZ

Türkiyə klubu “Sumqayıt”ın futbolçusu ilə maraqlanır

“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, 1-ci liqa təmsilçisi “Bodrumspor” yarımmüdafiəçini transfer etmək istəyir. Adıçəkilən klub Səbuhini hələ ötən mövsüm heyətə qatmaq istəsə də, transfer son anda baş tutmamışdı. Hazırda isə klub keçidin reallaşması üçün danışıqlara başlayıb.

Qeyd edək ki, “Sumqayıt”ın yetirməsi olan Səbuhi Abdullazadənin klubla 2026-cı ilə qədər müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
44
bizim.media

10Mənbələr