AZ

Olimpiya çempionları vətənə qayıdıblarVİDEO

"Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular vətənə qayıdıblar.

Xezerxeber.az-ın məlumatına görə, çempionlar və onları müşayiət edən heyət hava limanında böyük coşqu ilə qarşılanıb.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Olimpiyadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında da uğurunu təkrarlamaq istədiyini bildirib.

Olimpiyadanın qızıl mükafatçısı cüdoçu Zelim Kotsoyev sevincindən 3 gün yata bilmədiyini deyib.

Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli isə deyib ki, bu olimpiyadada qazanılan uğur Azərbaycan tarixində ilkdir.

Qeyd edək ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivinə 2 qızıl medal yazdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
xezerxeber.az

1Mənbələr