AZ

Dominqesdən qələbə şərhi

"Olimpiadaya qızıl qazanmaq üçün gəlmişdim". Sport24.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarında finala yüksələn Alfonso Dominqes deyib.
 
92 kq çəki dərəcəsində yarımfinalda Enmanuel Reyes Playa (İspaniya) 4:1 hesabı ilə qalib gələn boksçumuz qələbəsini şərh edib: "Təbriklərə görə təşəkkür edirəm. Artıq finaldayam. Heç bir rəqibimi zəif saymıram. Həlledici döyüşdəki rəqibim ya tacikistanlı, ya özbəkistanlı boksçu olacaq. Əlimdən gələn hər şeyi edəcəm ki, Azərbaycana qızıl medal bəxş edim".
 
Qeyd edək ki, Dominqesin finaldakı rəqibi Tacikistan və Özbəkistan təmsilçilərinin döyüşündən sonra bəlli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sport24.az

1Mənbələr