Misli Premyer Liqasının I turuna "Zirə" - "Səbail qarşılaşması ilə yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, görüşdə "qartallar" 3:1 hesabla qalib gəlib. 

Matç zamanı "Offside"a düşən bəzi maraqlı məqamları diqqətinizə çatdırırıq:

●İsti hava şəraitinə görə "Zirə" - "Səbail" matçının I hissəsində 2, II hissədə 1, ümumilikdə 3 dəfə su fasiləsi verildi. 

● Cari mövsümün ilk hissədə böyükhesablı üstünlüyə çatan ilk klubu "Zirə" oldu (I hissə - 3:0; II hissə - 4:1).

●Davit Volkov Misli Premyer Liqasının 2024-25 mövsümündə dubl və het-trik edən ilk futbolçu oldu.

●"Neftçi"nin sabiq futbolçusu Mert Çelik 1 illik fasilədən sonra bu dəfə "Səbail"in heyətində Azərbaycan çempionatına qayıtdı.

●"Səbail"in darmadağınını rəsmiləşdirən İssa Cibrilla vurduğu qoldan sonra akrobatik tullanış etdi.