AZ

Paris-2024: Azərbaycanın güləşçiləri mübarizəyə başlayırlar

Bakı. Trend:

"Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşiüzrə mübarizəyə start veriləcək.

Trend-inməlumatına görə, güləş yarışlarının ilk günündə Azərbaycanın ikiidmançısı – Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130kiloqram) – mübarizəyə qoşulacaq. Onlar 1/8 final mərhələsindənbaşlayaraq mübarizə aparacaqlar. Murad Məmmədovun rəqibi ekvadorluRayber Joze Rodriges Orosko, Sabah Şəriatinin rəqibi isə estoniyalıHeyki Nabi olacaq.

Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İdmansevərlərtərəfindən böyük maraqla gözlənilən bu mübarizələr,idmançılarımızın bu yüksək səviyyəli turnirdəki performansınınümayiş etdirəcək.

Hazırda Azərbaycanın aktivində üç medal mövcuddur: cüdoçularHidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram)Olimpiya çempionu olub, boksçu Alfonso Dominqes isə finalayüksələrək ən azı gümüş mükafatı təmin edib.

İdmansevərlər və bütün Azərbaycan xalqı, idmançılarımıza uğurlararzulayır və onların ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəyinəinanır. Azərbaycanın müvəffəqiyyətli çıxışları, həmçinin, ölkəmizinbeynəlxalq idman arenaındakı mövqeyini daha da gücləndirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
az.trend.az

1Mənbələr