AZ

Uorren Baffet 76 milyard dollar dəyərində Apple səhmlərini satıb

Məşhur milyarder investor Uorren Baffet Berkshire Hathaway-in Apple səhmlərinin demək olar ki, yarısını satıb.

Ednews FT-nin hesabatına istinadən xəbər verir ki, 76 milyard dollarlıq səhm satışı şirkətin pul vəsaitlərini rekord səviyyəyə çatdırıb.Uorren Baffetin Berkshire Hathaway şirkəti milyarder investorun 76 milyard dollarlıq Apple səhmlərini satıb. Şirkət ikinci rübdə Apple-dakı mövqeyini 50 milyard dollardan çox azaldaraq 84,2 milyard dollara endirib. Səhm satışları, Berkshire-nin pul vəsaitlərini əvvəlki rüblə müqayisədə 88 milyard dollar artıraraq rekord səviyyəyə - 277 milyard dollara çatdı. "Kapitalın bölüşdürülməsi strategiyasını həqiqətən dəyişdirən dramatik bir şey baş verməsə, Apple bizim ən böyük sərmayəmiz olacaq. Lakin hazırkı şərtlərdə nağd pul mövqeyinin qurulmasının heç bir zərəri yoxdur", - Baffet şirkətin may ayında keçirilən illik toplantısında deyib. 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
ednews.net

1Mənbələr