AZ

“MİT işçiləri bizimkilərdən çox fərqlənirdilər, çox cazibədar görünürdülər” - Aleksandra Skoçilenko

MİT işçiləri bizimkilərdən xeyli fərqlənirdilər, çox cazibədar görünürdülər.

Bakıvaxtı.az xəbər verir ki, bunu avqustun 1-də Ankarada Türkiyənin vasitəçiliyi ilə ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi zamanı olan azad olan rusiyalı sənətçi (şairə, rəssam, musiqiçi) Aleksandra Skoçilenko xarici KİV-ə müsahibəsində deyib.

O, məhbus mübadiləsi ilə bağlı bəzi detalları da açıqlayıb: “Türkiyəyə gətirilənə qədər öldürüləcəyimi düşünürdüm. Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər. Onlar bizə uzun müddət hara gedəcəyimizi demədilər. Hadisələr çox ani oldu. Təyyarə Ankaraya enəndə rahatlaşdıq”.

A.Skoçilenko söyləyib ki, təyyarədən düşəndən sonra onları avtobusa mindiriblər: “MİT işçilərinin hamısı qara kostyum geyinmişdi, ciddi və çox müasir görünürdülər, hər yeri ətir qoxusu bürümüşdü. MİT işçiləri bizimkilərdən çox fərqlənirdilər, çox cazibədar görünürdülər”.

Qeyd edək ki, A.Skoçilenko 2022-ci ildə Ukrayna ilə müharibəyə qarşı qarşı çıxıb. Bundan sonra yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ankarada avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub.

Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, uğurlu vasitəçiliyə görə ona təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
bakivaxti.az

1Mənbələr