AZ

"Threads” auditoriyası 200 milyon istifadəçini keçdi

Müəllif:Ayşən İmanova/Banco.az

“Meta” mikrobloq xidməti və sosial şəbəkəsi “Threads” istifadəyə verildiyi vaxtdan cəmi 13 ay ərzində aylıq 200 milyon aktiv istifadəçiyə çatıb.

Banco.az xəbər verir ki, bu barədə “Instaqram”ın rəhbəri Adam Mosseri məlumat verib.

Bu əhəmiyyətli artım ilkin mərhələdə ona çoxlu sayda istifadəçi cəlb etməyə imkan verən tətbiqin “Instagram” ilə inteqrasiyası sayəsində əldə edilib. Ötən ilin oktyabrında “Threads” artıq 100 milyon aylıq aktiv istifadəçini ötüb.
"Ümid edirəm ki, “Threads” insanları bir araya gətirən ideyaları ilhamlandıra bilər ki, bu heyrətamiz icma böyüməyə davam etsin", - deyə Mosseri yazıb.

Qeyd edək ki, təsirli nəticələrinə baxmayaraq, “Threads” hələ də İlon Maskın may ayında aylıq 600 milyon aktiv istifadəçisi olduğunu söylədiyi “X”sosial şəbəkəsindən geri qalır. Bununla belə, media hesabatlarına və müstəqil araşdırmalara görə, “X”in böyüməsi yavaşlayıb və gündəlik təxminən 251 milyon aktiv istifadəçiyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
banco.az

1Mənbələr