AZ

İsrail ölkə rəhbərliyi üçün yeraltı bunker hazırlayıb

Müharibə zamanı İsrail liderləri üçün Qüdsdə yeraltı, yaxşı mühafizə olunan bunker tikilib.

Ölkə.Az xəbər verir ki, bu barədə yerli media yazıb.

İsrail Baş Təhlükəsizlik Xidməti Qüds ərazisində yeraltı bunkeri əməliyyat üçün hazırlayıb. İran və ya Livandan bir hücuma qarşı hazır vəziyyətdədir. Bir ölkənin liderləri uzun müddət orada ola bilər.

Rəsmi olaraq bunker Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi adlanır. O, raket təhdidlərindən və müxtəlif silahlardan qorunur. Burada yaşayış yerləri, ofislər, iclas otaqları və komanda mərkəzi yerləşir. Bunkerin nə qədər dərinlikdə yerləşdiyi barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
olke.az

2Mənbələr