AZ

iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb

     Apple şirkəti hər il öz yeni iPhone modellərini sentyabr ayında təqdim edir. Bu il də istisna olmamalıdır. İndi isə iPhone 16 smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti iPhone 16 smartfon seriyasını 10 sentyabr tarixində təqdim edəcək. Gözləntilərə əsasən iPhone 16 smartfonları 20 sentyabr tarixində satışa çıxacaqlar.     Qeyd etmək lazımdır ki, bu il təqdim ediləcək iPhone 16 smartfonlarının hamısında ekran ölçüsünün böyüməsi gözlənilir. Bundan əlavə olaraq çox güman ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri TSMC şirkətinin ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış A18 Pro prosessoru vasitəsilə çalışacaqlar. Adi iPhone 16 və iPhone 16 Plus modellerinə gəldikdə isə onlar ya keçən ilki prosessoru ya da A18 Pro-nun daha sadələşdirilmiş versiyası vasitəsilə çalışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
technote.az

1Mənbələr