Qlobal bazarlardakı satış dalğası ABŞ və Avropaya da yayılıb.

İndex.az xəbər verir ki, ABŞ-da fyuçers indeksləri texnologiya səhmlərindəki satışların dərinləşməsi ilə azalarkən, son 2 ilin ən böyük enişi Avropa fond bazarlarında müşahidə olunub.

Bununla da, “Nvidia” və  “Apple” şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.

Belə ki, çip istehsalçısı “Nvidia”nın səhmləri 8,8%, “Apple” səhmləri isə 6,6% ucuzlaşıb.

“Nasdaq 100” fyuçers birjası 6,5%, “S&P 500” fyuçersləri 2,5%, “Dow Jones” fyuçersləri isə 1,6% dəyər itirib.