AZ

KTMT ölkələrinin xüsusi təyinatlıları YIĞIŞIR - Ermənistan isə...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xüsusi təyinatlılarının “Kobalt-2024” təlimləri avqustun 14-dən 16-dək Novosibirskdə Rusiya Qvardiyasının rəhbərliyi altında keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Təlimlər Rusiya Milli Qvardiyasının təlim mərkəzində baş tutacaq. Burada Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin qərargah və xüsusi təyinatlı birləşmələrinin nümayəndələri iştirak edəcəklər. Ermənistan təlimlərə öz nümayəndələrini göndərmir.

“Kobalt-2024” təlimlərində xüsusi təyinatlılar aviasiya və pilotsuz uçuş aparatlarından istifadə etməklə binaya və avtomobilə “basqın edərək” girovların qurtarılması, silahlıların zərərsizləşdirilməsi məşqini keçəcəklər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
musavat.com

2Mənbələr