AZ

"Putin unikal beyinə malikdir" - Peskov

 
"Belə unikal qabiliyyətə malik olan Rusiya lideri indiyədək kompüter və internetdən istifadə edə bilmir..."
 
"Putin fiziki cəhətdən çox güclü kişidir, əla formadadır və unikal beyinə malikdir".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" qəzetinə müsahibəsində deyib.
 
"O, çoxsaylı məlumat və informasiyalardan, özü də həm səhər, həm də artıq gecədə xeyli keçəndən sonra da eyni səmərəliliklə istifadə edir. Yəni, onun beyin məhsuldarlığı aşağı düşmür", - Peskov deyib və qeyd edib ki, bu, 72 yaşlı Putinin "unikal xüsusiyyətləridir".
 
"Ona görə də onunla qapalı işçi müşavirələrdə olmaq çox çətindir. Bu zaman iştirakçılar bir-birilərilə debatlar aparır, öz nöqteyi-nəzərlərini müdafiə edir, ona görə debatlar aparır ki, Putin ən gözlənilməz mövzular üzrə ekspert biliklərini nümayiş etdirir", - Kremlin mətbuat katibi deyib.
 
"Axı, prezident ümumi məsələlərlə məşğul olmalıdır, amma bu, onun üslubu deyil. O, detallara varmağı üstün tutur.
 
Məsələn, əgər o, bu gün kənd təsərrüfatı ilə məşğul olursa, o, dünyada taxıl ticarəti ilə bağlı bütün detalları, bunun necə baş verdiyini və s. biləcək. O, kübrənin necə verildiyini biləcək. 
 
Əgər o, emal sənayesi ilə məşğul olacaqsa, o, sizə maşınqayırma haqqında hər şeyi danışacaq və s.və i.a. Bu, unikal bir şeydir. Mən sizə bunun haradan və necə qaynaqlandığını izah edə bilmərəm, amma bu, faktdır", - Peskov heyrətini gizlətməyib.
 
Bu zaman o, vurğulayıb ki, Putin "sağlam həyat tərzi keçirir. Özü barəsində danışanda, Peskov qeyd edib ki, iş qabiliyyəti baxımından onu Rusiya lideri ilə müqayisə etmək lazım deyil, çünki onun özü kameralar arxasında dayanır.
 
Putin isə "çıxış edir, diskusiyalarda iştirak edir, tədbir iştirakçılarının suallarını cavablandırır". "Onun beyni hər zaman fəal iş rejimindədir. O, "səhvləri bağışlamayan" kamera qarşısında daimi olaraq danışmalıdır", - Peskov vurğulayıb.
 
Nədən belə unikal qabiliyyətə malik olan Putinin indiyədək kompüter və internetdən istifadə edə bilmədiyi barədə isə Peskov danışmayıb.
 
Xatırladaq ki, yanvar ayında Anadır şəhər sakinləri ilə görüşü zamanı ona təmkinliyini qoruyub saxlamasına necə nail olduğu barədə sual ünvanlanıb. Cavabında Rusiya lideri zarafatla deyib ki, "mən özümü heç vaxt gərginləşdirmirəm", bu da  ətrafdakıların gülüşünə səbəb olub.
 
Bu zaman o, diqqəti ona cəlb edib ki, "həyat insanı gərgin olmağa sövq edir". Buna rəğmən, gəncliyini və enerjisini qoruyub saxlamaq üçün o, hər gün iki saat idman zalında və iki saat hovuzda məşqlərə sərf etdiyini vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
moderator.az

1Mənbələr