AZ

Ermənistan KTMT-nin “Kobalt-2024” təlimlərində iştirak etməyəcək

Ermənistanın adı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirak edən ölkələrin siyahısında yoxdur.

Publika.az xəbər verir ki, iştirakçıların siyahısını Rusiya Milli Qvardiyasının “Telegram” kanalı dərc edib.

“Üç gün ərzində Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarının nümayəndələri xüsusi təyinatlıların bölmələri arasında qabaqcıl təcrübə mübadiləsi aparacaq və qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcək”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, təlimlər zamanı xüsusi təyinatlılar qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətləri real vəziyyətə mümkün qədər yaxın şəraitdə həyata keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
publika.az

1Mənbələr