AZ

Rusiyada məmura rüşvət verən deputat həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol Dumasının deputatını həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, millət vəkili Stavropoldakı restoranlardan birində keçmiş məmura 50 milyon rubl rüşvət verərkən yaxalanıb. O,  bunun  müqabilində məmurdan cinayət işinin bağlanmasına kömək etməyi tələb edib. 

Deputat barəsində dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.

Hazırda o, həbs edilib. 

Zərifə Nağıyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
unikal.az

10Mənbələr