AZ

Ermənistan KTMT-nin Novosibirskdə keçiriləcək təlimlərində də iştirak etməyəcək...

Image

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 14-16 avqust tarixlərində Novosibirskdə keçiriləcək "Kobalt-2024" təlimlərində iştirak etməyəcək. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Rusiya Qvardiyasının Mətbuat Xidmətinin təlimlərlə bağlı yaydığı məlumatda da KTMT üzvü olan Ermənistanın sözügedən təlimlərdə iştirakına dair informasiya yer almayıb.

Qeyd olunur ki, təlimdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan hərbi birliklər iştirak edəcəklər. Təlim iştirakçıları üç gün ərzində təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
baki-xeber.com

1Mənbələr